Şuranın dəstəyi ilə təşkil olunan online rəsm müsabiqəsi davam edir

666

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 11 aprel 2020-ci il tarixindən “Evdə qal,cəmiyyəti qoru” adlı online rəsm müsabiqəsi elan edib.

Bu barədə SosialMedia.az-a Birliyin sədri və layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi insanların karantin dövründə evdə qaldıqları müddəti daha maraqlı etmək və onlara az da olsa bu kimi müsabiqələrə qoşmaqla vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulub. Layihənin ilk mərhələsi rəsmlərin qəbulu və könüllü ekspertlər təyin olunması idi.
Layihəyə 6 könüllü ekspert qoşularaq emal ünvana göndərilən rəsmlərə öz qiymətlərini verəcək. Rəsmlərin qəbulu 11 may 2020-ci il tarixində sona çatacaq.
Könüllü qoşulan ekspertlər ;

1. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Disertantı, Fəxri Mədəniyyət işçisi- Nəsibə Şükürova

2. Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri –Cəmilə Abdulova

3. İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyinin sədri -Ziba Nəbiyeva

4. Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin sədri- Büllur Məmmədova

5. “Gələcəyə Baxış”Avropaya İnteqrasiya İctimai Birliyinin sədri-Bəsti Nəsibova

6. “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Sədri- Elnarə Məhərrəmova

İştirak etmək istəyən şəxlər çəkdikləri rəsmlərin şəklini və şəxsi məlumatlarını 11 may 2020-ci il tarixinədək elli.az@mail.ru ünvanına yollamaları xahiş olunur.
Müsabiqədə iştirak edənlər arasında yaş kateqoriyası nəzərdə tutulmamışdır.

Müsabiqəyə həm foto həm də əllə çəkilmiş rəsm əsəri təqdim oluna bilər.Rəsmlər #evqəqalcəmiyyətiqoru həştağı ilə təqdim olunmalıdır.

Müsabiqədə 3 yer nəzərdə tutulmuşdur. Qaliblər hədiyyələrlə təltif olunacaqlar. Müsabiqə 11 aprel 2020-ci il tarixindən- 11 may 2020-ci il tarixinə qədər davam edəcək.
Rəsmlər sosialmedia.az saytında işiqlandırılacaq.