Jest dilində məlumatlandırma layihəsini davam edir-VİDEO

306

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jest dilində məlumatlandırma” layihəsini davam edir.

Bu barədə Sosialmedia.az-a layihə rəhbəri Cəmilə Çingizqızı məlumat verib. O,qeyd edir ki, dünyanı cənginə alan bu virusla mübarizədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtında atdığı qabaqlayıcı addım , bütün xalqımızı qorudu. Buna görə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi üzvləri və şəxsən öz adımdan Prezidentimizə təşəkkür edirik. Tezliklə bu günlər keçər və yenidən ruh yüksəkliyi ilə həyatımımıza davam edərik.

Məlumatlandırma çərçivəsində bu dəfə yolumuz Heydər Əliyev Mərkəzinə oldu. Şuranın #Evdəqalaqbilgialaq şüarı ilə Cavan media qrupun hazırladığı Heydər Əliyev Mərkəzi haqqında tanışlıq video çarxının Jest dilinə tərcüməsi oldu. Bu video çarx vasitəsilə eşitmə məhdudiyyətli şəxslər Heydər Əliyev Mərkəzinə virtual səyahət edərək bu mərkəz haqqında bilgi ala biləcəklər.