Boccia İdman Federasiyasının idmancıları tərəfindən əlilləri lağa qoyanlara cavab – Video

493

Koronavirus epidemiyasinin yayılması ilə bağlı Azərbaycanda karantin rejimi tətbiq olunduqdan sonra sosial şəbəkə istifadəçiləri bununla bağlı müxtəlif paylaşımlar edirlər.

Bəzi hallarda məsələyə yumoristik yanaşmağa çalışanlara da rast gəlinir. Bu günlərdə “TikTok” istifadəçilərindən birinin bu cəhdi isə uğursuz alınıb.

Belə ki, evdən çıxmaq qadağası ilə bağlı “gülməli” video çəkmək istəyən gənc insanların qəzəbinə tuş gəlib. Onun fiziki məhdudiyyətli insan obrazı yaratmaq cəhdi birmənalı qarşılanmayıb. Bir çoxları bunu həmin şəxslərə təhqir kimi qiymətləndirilib.

SosialMedia.az bildirir ki, Bu barədə Boccia İdman Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nərmin Kazimova bildirib ki, son zamanlar sosial şəbəkələrdə fiziki məhdud insanları gülüş obyektinə çevirərək videolar çəkiliş edirlər ,istədikləri mövzuda çəkiliş etməyə hər kəsin hüququ var. Ancaq bu onlara o haqqı vermir ki ,hər hansı bir fiziki məhdudiyyəti olan şəxsləri lağ lağaya qoyub gülüş obyektinə çevirsinlər. Minlərlə fiziki məhdudiyyəti olan insanlar var ki, cəmiyyətdə öz bacarıqların göstərirlər, insanlarla ünsiyyət qura bilir və illər əvvəl olan komplekslərini ata bilirlər. Belə videoları gördükdə onlar nə qədər sarsıntı keçirdiyini heçmi düşünmürlər? Belə hallar ki fiziki məhdudiyyəti olan şəxslərin ailələri üçün həssas mövzudu. Gəlin bir az daha diqqətli olaq belə həssas mövzularda. Biz bir neçə dəfə belə videolar gördük məlumat verdik inandıq ki təkrarlanmayacaq amma təəsüf ki, yetişkin insanlar artıq belə çəkilişləri çəkib əylənə bilirlər. Biz Boccia İdman Federasiyası olaraq artıq lazım olan qrumlara şikayətimizi yazmışıq. Ümid edək ki, birdə belə hallar təkrar olmayacaq.