Tovuzda və Qazaxda eyvan konsertləri keçirilib

709

Ağstafa Regional Mədəniyyət İdarəsi sosial izolyasioya qaydalarının tətbiq olunduğu karantin günlərində əhalinin səmərəli istirahətini təmin etmək məqsədilə silsilə tədbirlərini davam etdirir.

SosialMedia.az-ın məlumatına görə Ötən gün idarənin əhatə etdiyi Tovuz və Qazax rayonlarında çoxmərtəbəli yaşayış binalarında “Musiqili Eyvan” adlı bir-birindən maraqlı eyvan konsertləri baş tutub. Tovuzda Mədəniyyət Mərkəzi və Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbinin, Qazaxda həmçinin, Mədəniyyət Mərkəzi və 1 saylı Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramları bina sakinləri tərəfindən maraqla qarşılanıb. Səslədirilən ifalar öz eyvanlarından konserti dinləyənlərin zövqünü oxşayıb, onlara maraqlı anlar bəxş edib.

Xəyal Nağıyev

Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi