«BİRLink» şəbəkənin yüklənməsi və internet trafikinin artımına nəzarəti gücləndirilmiş rejimdə davam edəcək

395

SosialMedia.az xəbər verir ki, Kommunikasiya xidmətlərinin təminatçısı “BİRLink” uzadılmış xüsusi karantin rejimi dövründə şəbəkənin yüklənməsi və internet trafikinin artımına nəzarəti gücləndirilmiş şəkildə davam edəcək.

Son zamanlar paytaxt sakinlərinin distant təhsil almaq və evdən işləmək məqsədilə İnternetdən aktiv istifadə etmələri şəbəkələrdə müəyyən yükləmələrin yaranmasına səbəb olmuşdur. Yaranmış vəziyyətlə əlaqədar “BİRLink” xidmət təminatçısı tərəfindən abunəçilərin İnternet xidmətinin və TV yayımının sabit şəkildə təminatını davam etdirmək üçün əlavə trafik rezerv olunmuşdur.
Hazırda, “BİRLink”-in mütəxəssisləri abunəçilərə həm *1199 qaynar xətti, həm də brendin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə xüsusi rejimdə xidmət göstərməkdə davam edirlər.

Müştəri xidmətləri sahəsinin rəqəmsallaşan bir dönəmində, ölkənin internet xidməti təminatçılarının arasında ilk dəfə olaraq məhz “BİRLink” abunəçilərə rahat və çevik mobil tətbiqini istifadəyə verdi. Artıq, mobil tətbiqetmə vasitəsilə abunəçilər evlərindən çıxmadan onlayn ödəmə, tarifləri dəyişdirmək, xidmətlər əlavə etmək, həmçinin bir kliklə “BİRLink”-in kampaniya və aksiyaları barədə məlumatlı ola biləcəklər.

Hamımız üçün çətin olan bir dövrdə, yaranmış nasazlıqların operativ şəkildə aradan qaldırılması üçün xüsusi rejimdə və davamlı çalışan texniki mütəxəssislərin rolu da əhəmiyyətlidir.
Epidemiya ilə mübarizədə həmrəy olub #BİRLinkləevdəqal və #BİRLinkləbirlikdə qalib gəlməyə çağıran “BİRLink” –in komandası abunəçilərin evlərində əyləncəli vaxt keçirmələri üçün maraqlı kampaniyalar və müsabiqələr təşkil edir. Bunlardan biri, müxtəlif janr və dillərdə yüzdən çox məşhur filmlərin daxil olduğu filmotekanın yaradılmasıdır.

Bundan əlavə, abunəçilərə genişləndirilmiş televiziya paketinin əlavə ödənişsiz yayımı müddəti mayın 4-dək uzadılmışdır.