Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

165

“Metroda minimum interval təmin olunacaq”.

SosialMedia.azın xəbərinə görə, bu barədə “Bakı Metropoliteni”nin sərnişinlərə müraciətində bildirilib.

Qurumdan bildirilib ki, Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, minimum intervalla təmin olunacaq.

Həmçinin sosial məsafənin qorunmasını təmin etmək məqsədilə audio, vizual, statik məlumatlandırma üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq.

Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olması məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulacaq.