QHT sədri milli qəhrəman anasını təbrik etdi

317

SosialMedia.az xəbər verir ki, “ƏSgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, milli qəhərman anası Qalibə Budaqovanı doğum günü münasibəti ilə təbrik edib.

O, qeyd edir ki, bu gün milli Qəhrəman Tahir Həsənovun anası, “Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Qalibə Budaqovanın doğum günüdür.Əsgər Ailələrinə Dəstək ictimai birliyi Qalibə xanımı təbrik edir.Ona cansağlığı arzulayır!

Onu tanıyırsınız, təbii ki, çox az qisminiz…Azərbaycanın şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anasıdır. Azərbaycanın ərazi bütövlüyü uğruda yeganə oğlunu vətənə qurban verən analarından biridir. 1992-ci il sentyabrın 2-dən bu günə kimi heç bir qapını döyməyib və heç yerdə mən milli qəhrəman anasıyam deməyib. Çünki onun ən böyük xəzinəsi şəhid övladıdır. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə Tahir Həsənovun vaxtilə oxuduğu Nəsimi rayon 23 saylı orta məktəbə onun adı verilib.

Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir. 1992-ci il, 29 sentyabr tarixində bədəni Bakıya gətirilərək, Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bizdə SosialMedia.az saytı olaraq Qalibə xanımı təbrik edirik.Ona uzun ömür cansağlığı arzulayırıq.