QHT sədri Prezidentə məktub ünvanladı-Sizin qətiyyətli addımlarınız davam edəcək və sayəsinzdə dövlətçiyimiz daha möhkəmlənəckdir

360

SosialMedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova məktub ünvanlayıb. Məktubda deyilir.

Cənab Prezident!

Fenomen şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət–vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Ölkəmizə rəhbərliyə başladığı gündən ömrünün sonunadək ulu öndər Heydər Əliyev bütün səy və bacarığını, istedadını, həyatını Azərbaycan Respublikasının inkişafına, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, mədəni və elmi sahədə çiçəklənməsinə, ölkəmizin dünyəvi, hüquqi və demokratik dövlətə çevrilməsinə həsr etmişdir. Bu dahi şəxsiyyətin ölkədə iqtisadiyyatın, sənayenin, ordu və dövlət quruculuğunun qanunvericilik bazasının, insan hüquq və azadlıqlarının qorunması sahəsində Avropa dəyərlərindən bəhrələnən demokratik təsisatların yaradılması və inkişafındakı xidmətləri milli və mənəvi dəyərlərə hörmət və ehtiramın, vətənə, millətə bağlılığın və sədaqətin bariz nümunəsidir.

Ulu öndərimizin layiqli davamçı olaraq, Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir.
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən ön yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaq görənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Heç şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır.

Cənab Prezident!

Sizin rəhbərliyiniz altında, “Son dövrlər ölkədə həyata keçirilən korrupsiya və rüşvətxorluqla mübarizə tədbirləri cəmiyyət-dövlət münasibətlərinin sağlamlaşdırılmasına olduqca ciddi təsir edən müsbət addımlardandır”. Çox təəssüf ki, mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edən, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan “məmur”lar da tapılır. Əsas məqsədləri xalqa xidmət və onlara göstərilən etimadı doğrulmalı oldugu halda, maddi imkanlarını genişləndirmək, şəxsi “həyatlarını” zəngiləşdirməklə məşğuldurıar.
Dövlət Başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması isə çox təqdirəlayıq hadisədir.

Bu bir daha sübut etdiki, Azərbaycanda korrupsiya və rüşvətxorluqla çox ciddi mübarizə aparılır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan halların qarşısı qətiyyətlə alınır. Azərbaycanda korrupsiya və rüşvətxorluq üçün meydan həm inzibati yollarla, həm institusional üsullarla, həm də cəza tədbirləri ilə həyata keşirilir.

Cənab Prezident!

Vətəndaş cəmiyyətinin fəal bir üzvü olaraq, Biz Sizlərin yanındayıq. Sizin bütün addımlarınız və həyata keçirdiyiniz fəaliyyətlər subut etdi ki, Azərbaycanın dövlət başsıcı xalqın mənafeyini və yaxşı yaşamasını düşünür.
Bu gün Sizin uğurlu siyasətinizi gözü götürməyən daxili və xarci düşmənlərimiz bilməldir ki, xalq və Prezident həmrəyidir. Azərbaycan xalqı İlham Əliyevə güvənir.
Bunun üçün var gücümzlə Azərbaycanın dövlətçiyinə xəyanət edən, erməni havadarlarının göstərişi ilə və maliyyəsi ilə hərəkət edən, etiraz aksiyaları keçirən, dövlətimizi və millətimizi gözdən salan milli düşmənlərimizə qarşı, xüsusilə mübarizə aparırıq.
Ümumid edirik ki, Azərbaycan dövlət özünün beynəlxalq nüfuzu və təsirlərilə, bu xəynətkarlarıda cəzalandırcaqdır.
Bizdə öz növbəmizdə, onları bu xəyanətkar əməllərə son qoymaga çağırırıq.
Cənab Prezident biz inanırıq ki, Sizin qətiyyətli addımlarınız davam edəcək və sayəsinzdə dövlətçiyimiz daha möhkəmlənəckdir.

Sizə can sağlığı və üzun ömür arzulayırıq.

Hörmətlə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad Nəsirova