Operativ Qərargah idman tədbirləri ilə bağlı qadağanı qüvvədə saxlayıb

230

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycanda sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi yumşaldılıb.

SosialMedia.az saytının məlumatına görə, idman tədbirləri ilə bağlı məhdudiyyət isə qüvvədə saxlanılıb.

Operativ Qərargah açıqlayıb ki, idman tədbirləri ilə yanaşı, idman zallarının fəaliyyətinin və idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması qərarı karantin müddətinin sonuna – mayın 31-dək dəyişdirilməsin.