Bərdədə haqlı olaraq örüş yerini tələb edən vətəndaşlar saxlanılıb-Mətanət Əsgərqızı yazır

303

SosialMedia.az xəbər verir ki, hər dəfə maraqlı statusları ilə gündəmdə olan müstəqil jurnalist,”Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Bərdə rayonunda baş verənlərlə bağlı status yazıb. Statusu olduğu kimi təqdim edirik.

Bu gün Bərdədə haqlı olaraq örüş yerini tələb edən vətəndaşlar saxlanılıblar.Örüş yerini satan Vidadi İsayev hələ də polisin gücündən istifadə edir. Utanmadan xalqın haqlı tələbinə qanunsuzluq tələbi adı geydirirlər. Polis idarələrinə aparılanlara necə təzyiqlər edilirsə, sonradan adamlar küçəyə çıxmaqdan da qorxurlar. Çünki orada olarkən gördüm insanlar təhdid edilir, qorxudulurlar. Parlament seçkilərində də bunun şahidi oldum.

İcra başçıları əslində polisə güvənib öz cinayətlərini həyata keçirirlər. Çox təəssüf edirəm ki, Vidadi İsayevin əməllərindən aylardı yazsaq da hələ də ona “dur!” deyən yoxdur! Cənab Daxili İşlər Naziri, polis belə oyunlarda gözdən düşür!!!