Aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstərilir – ELAN

336

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai birliyi Niderland Krallığının Xarici İşlər Nazirliyinin, Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı birgə sosial-cəhətdən zəif təmin olunmuş insanlara pulsuz hüquqi yardım proqramını icra edir.

SosialMedia.az xəbər verir ki, Karantin rejiminə baxmayaraq pulsuz hüquqi yardım xidmətimi proqaramının icrası davam edir. Təkcə aprel-may ayları ərzində 100 nəfərə yaxın vətəndaş hüquqi yardım almaq üçün müraciət etmişdir. Onlara facebook, elektron poçt, telefon fərdi qəbul vasitəsilə hüquqi yardım xidməti göstərilib.

Proqramın icrası iyun ayında da davam edəcəkdir. Vətəndaşlar pulsuz hüquqi yardım almaq üçün

https://www.facebook.com/nhmt.ib

https://www.facebook.com/azer.quliyev.1656

azerquliyev1961@gmail.com

ünvanlarına və 050 880 80 15 telefon nömrəsinə (Azər Quliyev) müraciət edə bilərlər.

Proqram daha çox əmək, ailə-nikah, əmlak, inzibati, təqaüd, sosial yardım, vərəsəlik, borc, s. məsələlərlə bağlı hüquqi yardımların göstrilməsi ilə bağlıdır.