Onlayn rəsm müsabiqəsinin ikinci mərhələsi davam edir-VİDEO

457

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə onlayn rəsm müsabiqəsinin ikinci mərhələsi davam edir.

SosialMedia.az xəbər verir ki, bu barədə layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, ikinci müsabiqə yeniyetmələr arasında təşkil olunub. O, qeyd edib ki, onlayn səs verməyə birinci mərhələdə 6 könüllü ekspert qoşulsa da, ikinci mərhələyə isə könüllü olaraq rəsm müsabiqəsinə ekspert kimi QHT rəhbərləri Ziba Nəbiyeva, Cəmilə Abdulova, Elnarə Məhərrəmova, Büllur Məmmədova, Bəsti Nəsibova,Mətanət Əsgərqızı və Zenfira Musatafyeva qoşulub.

Təşkil olunan onlayn görüşdə rəsmlərə baxış keçirilib və rəsmlər üzərində müzakirələr aparılıb. Rəsmlərin müsabiqəyə uğyğunluğu və ideyası əsas götürülüb. Ekspertlərin səs verməsindən sonra rəsmləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Disertantı Nəsibə Şükürova rəsmləri müsabiqəyə uyğunluğunu qiymətləndirəcək. Qeyd edək ki, feysbuk sosial şəbəkəsi üzrə onlayn səs vermə 24 may 2020-ci il tarixində başa çatır.

Rəsm müsabiqə-2

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə onlayn rəsm müsabiqəsinin ikinci mərhələsi davam edir. Bu dəfə müsabiqə yeniyetmələr arasında təşkil olunub. Onlayn səs verməyə birinci mərhələdə 6 könüllü ekspert qoşulsada, ikinci mərhələyə isə 8 könüllü ekspert qoşulub. Onlayn görüşdə rəsmlərə baxış keçirilib və rəsmlər üzərində müzakirələr aparılıb. Rəsmlərin müsabiqəyə uğyğunluğu və ideyası əsas götürülüb. Qeyd edək ki, feysbuk sosial şəbəkəsi üzrə onlayn səs vermə 24 may 2020-ci il tarixində başa çatır.

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İB paylaştı: 23 Mayıs 2020 Cumartesi