Azərbaycan iqtisadiyyatına dörd ayda 1,6 mlrd. manata yaxın xarici investisiya yönəldilib

249

Bu ilin yanvar-aprel ayları ərzində xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına 1565,2 mln. manat sərmayə qoyulub.

SosialMedia.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1371,7 milyon manatı (87,6%-i) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, İsveçrə, Norveç, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Daxili və xarici mənbələrdən  əsas kapitala yönəldilmiş vəsaitlər:

2020-ci il

 

Daxili mənbələr üzrə

 

Xarici mənbələr üzrə

milyon manat

ümumi yekunda xüsusi çəkisi, %

milyon manat

ümumi yekunda xüsusi çəkisi,%

Yanvar

609,1

61,1

387,6

38,9

Fevral

536,3

55,4

432,2

44,6

Mart

558,1

57,9

406,1

42,1

Aprel

634,8

65,2

339,3

34,8