Onlayn rəsm müsabiqəsinin ikinci mərhələsi yekunlaşdı-FOTOLAR

181

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə onlayn rəsm müsabiqəsinin ikinci mərhələsi başa çatıb.

Bu barədə SosialMedia.az-a layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, Sosialmedia.az qrupunda təşkil olunan səs vermədə bu günə kimi 627 nəfər iştirak edib. Birinci səs vermədə 225 nəfər, ikinci səs vermədə isə 300 nəfərdən çox insan qrupa üzv olaraq səs verib.

Sosial şəbəkə üzrə səs vermə 18.05.2020- 24.05.2020-ci il tarixinə qədər davam edib. Ekspertlərin rəsmləri qiymətləndirməsindən sonra nəticələri elan edilib.Qeyd edək ki, 3 yer uğrunda 18 yeniyetmə mübarizə aparırdı. Yeniyetmələr arasında təşkil olunan ikinci müsabiqənin qalibləri.
1-ci yer Xuraman Rzayeva
2-ci yer İbrahim Kərimli
3-cü yer Şəhla Nağıyevadır.
Sonda evdə qal,cəmiyyəti qoru müsabiqəsinə ən uyğun olan rəsm ekspertlər tərəfindən seçilərək,hər iki müsabiqənin qalibi elan olunub.

Bu Ülkər Şərifovanın çəkdiyi COVİD-19 rəsmidir.

Qeyd edək ki, qaliblərin mükafatlandırılması mərasimi ölkədə karantin müddəti başa çatandan sonra təşkil olunacaq.