Ordumuz erməni komandirin maşınını kül etdi

622

Dünən Azərbaycan ordusunun açdığı atəş nəticəsində Ermənistan ordusunun batalyonlarından birinin komandiri olan şəxsin “Nissan Patrol” markalı avtomobili yanıb.

Sosialmedia.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, atəş Naxçıvan istiqamətində edilib.

Qəzet maşına atəşin DŞK-dan açıldığını və onun tam yanaraq kül olduğunu iddia edib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Şuşan Stepanyan təsdiq edib. O, bu cür atışmaların hər gün olduğunu və nəticədə hər iki tərəfin texnika itkisi yaşadığını bildirib.

Bununla belə o maşının batalyon komandirinə aid olmadığını deyib.

Stepanyan Naxçıvan istiqamətində situasiyanın stabil qaldığını söyləyib.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinə sorğu verilib.