Nazim Cəfərsoyun anası koronadan öldü

202

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun anası Zöhrə Cəfərova koronavirusdan vəfat edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, 69 yaşlı Z.Cəfərova dünən axşam Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Z.Cəfərova Bakı Tikiş Evində çalışıb və orada koronavirusa yoluxub. Onun digər oğlu, Supersport.az saytının rəhbəri Anar Cəfərsoy da hazırda koronavirusa görə xəstəxanada müalicə alır.