Almaniyadan oğurlanan və dörd ildir İnterpolun axtardığı avtomobil Türkiyədə tapıldı

423

Beynəlxalq Cinayət Polisi İdarəsi – İnterpol tərəfindən dörd ildir axtarışda olan “Maseratti” markalı avtomobil Türkiyədə tapılıb.

Sosialmedia.az bildirir ki, Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, təxminən 102 min ABŞ dolları dəyərində avtomobil 2016-cı ildə Almaniyadan oğurlanaraq Türkiyəyə gətirilibmiş.

Nəqliyyat vasitəsi Konya şəhərindəki dayanacaqlardan birində tapılıb. Tapılan vaxt onun üzərində hansısa dövlət qeydiyyat nişanı olmayıb.

Avtomobil Konyanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb.

Axtarışlar zamanı bir nəfər saxlanılsa da, o avtomobilin dostu tərəfindən gətirldiyini bildirib və sərbəst buraxılıb.

2012-ci il istehsalı olan maşının 2016-cı ildə Almaniyadan oğurlandığı bildirilir.

Bu barədə artıq İnterpola yazılı məlumat göndərilib.