Hovlu sənətini yaşadan,əlilliyi olan fəal gənc Ülkər Şərifovanı sizdə tanıyın

17793

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Pandemiya ilə əlaqədar” təşkil olunan onlayn rəsm müsabiqəsinin qalibi,1-ci dərəcəli əlilliyi olan gənc xanım Şərifova Ülkər Bəhram qızını sizdə tanıyın.

O,13 iyun 1987-ci il tarixində Ağdaş rayonu Dəhnəxəlil kəndində anadan olub. Uşaqlıqdan 1-ci dərəcəli əlildir.Ağdaş rayonu Dəhnəxəlil kəndində orta təhsilini bitirdikdən sonra,peşə məktəbinə qəbul olub.Peşə məktəbinin məzunu olan Ülkər Şərifova dekorativ sənətin bir növü olan hovlu toxuma ilə məşquldur. Respublika üzrə keçirilən sərgilərdə fəal iştirak edərək yüksək nəticələr əldə edib. Boccia idman növünün BC5 kateqoriyası üzrə 3-cü yerin qalibidir. Hazırda Bakı şəhərində yaşayır,ailəlidir, bir qız övıadı var.