İyun ayında bəzi günlərdə temperatur 39 dərəcəyə çatacaq – AYLIQ HAVA

173

“İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan yüksək olacağı gözlənilir. 2017, 2018, 2019-cu illərdə havanın temperaturu normadan 0,7-1,2 dərəcə yüksək olub; 2001, 2002,  2003 və 2008 –ci illərdə isə iyun ayı nisbətən sərin keçib”.

SosialMedia.az -ın xəbərinə görə, bunu jurnalistlərə ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin  rəisi Umayra Tağıyeva bildirib.

Havanın temperaturunun Bakıda  və Abşeron yarımadasında gecələr 19-24, gündüzlər 26-31, bəzi küləksiz və isti günlərdə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

Respublikanın aran bölgəsində maksimal temperaturun 30-35, bəzi günlərdə 37-39, dağlıq rayonlarda 19-24, bəzi günlərdə 28-30 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasından  bir qədər  az, bəzi şimal və şərq rayonlarında isə normaya yaxın olacağı ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir”.