Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə etiraz notası göndərib

137

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ Dövlət Departamentinə etiraz notası göndərib.

SosialMedia.az RİA Novosti-yə istinadən buna səbəb ABŞ polisinin rusiyalı müxbirə qarşı qeyri-qanuni rəftarı olub.

Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliyin rəhbəri Anatoli Antonov bildirib ki, RİA Novostinin müxbirilə yanaşı, onun yanında olan ABŞ mediasının digər üzvləri də yerli polisin qeyri-qanuni rəftarına məruz qalıb.