Ukraynanın Rusiyanın nüvə-raket potensialını müzakirə etməməsi məsləhətdir

147

Ukraynanın Rusiyanın nüvə-raket potensialını müzakirə etməməsi məsləhətdir.

Sosialmedia.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Viktor Litovkin Ukraynanın raket sınağı ilə bağlı açıqlamasında deyib.

“Krım yarımadası etibarlı şəkildə qorunur. Bizim orada aviasiya qüvvələrimiz – qırıcılar, hücumçular, bombardmançılar, Top-M2 və S-400 də daxil olmaqla, havadan müdafiə komplekslərimiz, Qara dəniz donanmamız var. Ukrayna raketləri isə köhnə sovet nümunləridir. Onlarla ancaq Qara dənizdə balıqları yemləmək olar”, – deyə Litovkin bildirib.

Qeyd edək ki, Ukranya Odessada “Neptun” kompleksinin R-360 qanadlı raketinin sınağını keçirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov bildirmişdi ki, sözügedən raketlər bir neçə dəqiqəyə Krım körpüsünü məhv edə bilər.