Ağ Ev etirazlarda zorakılıq aktına təmkinli davranmayacaq

214

Ağ Ev etirazlarda zorakılıq aktına təmkinli davranmayacaq.

Sosialmedia.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin mətbuat katibi Keyli Makinani deyib.

“Prezident açıq şəkildə bildirdi ki, Amerika küçələrində gördüklərimiz qəbuledilməzdir. Biz zorakılığa, talançılığa, anarxiyaya və qanunsuzluğa dözə bilmərik. Sadə dillə desək, bunlar cinayət hərəkətləridir. Bunlar etiraz, bəyanat deyil, cinayətdir və amerikalılara zərər verir”, – deyə K.Makinani bildirib.

Qeyd edək ki, afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ şəhərlərində etirazlar və iğtişaşlar səngimir