Mən etirazımı qanunla bildirərəm,aksiya ilə deyil-Mətanət Əsgərqızı

400

Bu gün Şəhidlər Xiyabanında bir qrup şəhid anası aksiya keçirir. Mənə zəng edib deyirlər ki, aksiyanı siz təşkil etmisiniz?,burda sizin adınız hallanır. Qeyd edirəm ki, mən belə işləri görmürəm.

Bu hadisə barədə “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgər qızı SosialMedia.az-a məlumat verib.O,bildirib ki, bu gün bir qrup şəhid anası şəhidlər xiyabanında aksiya təşkil edib. Onlar Fuad Muradova bu formada öz etirazlarını bildiriblər. Guya bu aksiyanın təşkilatçılarından biri mənəm.

“Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri olaraq bəyan edirəm ki, belə qanunsuz aksiyaların tərəfdarı deyiləm və adımın belə məsələlərdə hallanmasını qınayıram !

Araşdırın sonra adımı hallandırın! Şəhid analarını küçələrə çıxaranları da qınayıram. Dövlətin hüquq- mühafizə orqanı var.Hər şey qanun müstəvisində həll olunmalıdır. Həssas qrupların kartından az istifadə edin!

Qeyd edək ki, bir neçə gün öncə Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun şəhid anları haqqında sərt fikirlər səsləndirməsi, insanlar tərəfindən birmənalı qarşılanmayıb və şəhid analarının etirazına səbəb olub.