Kürdəmirdə göldə batan 20 yaşlı oğlanın meyiti tapılıb

122

Kürdəmirdə göldə batan oğlanını meyiti tapılıb.

SosialMedia.az  Fövqəladə Hallar Naziyinin saytına istinadən bildirir ki, Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.

B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.