Bəsti Nəsibova: Azərbaycan hər zaman Avropa Şurasının ikili standartlarının şahidi olub

376

Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu tərəfdaşlıq dövlət başçısı Prezident İlham Əliyev tərəfindən aparılan balanslı və düşünülmüş siyasətin nəticəsidir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi güclənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, bizə beynəlxalq ictimaiyyət tərəfindən olan inam artır: “Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır”.

Sosialmedia.az xəbər verir ki, bu sözləri “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova deyib. O bildirib ki, Azərbaycan irimiqyaslı enerji layihələrinin təşəbbüskarı və əsas icraçısıdır. Avropanın enerji tələbatının qarşılanmasında bu layihələr mühüm yer tutur. Loqistika, nəqliyyat layihələri ölkəmizin artan nüfuzuna və dünyada mühüm tərəfdaş dövlət kimi tanınmasında əsas rol oynayır. İqtisadi inkişafı nəticəsində Azərbaycan nəinki beynəlxalq tədbirlərin iştirakçısı, həm də onların təşkilatçısına çevrilib. Ölkəmiz böyük idman, mədəniyyət tədbirlərinə, ikitərəfli görüşlərə yüksək səviyyədə ev sahibliyi edir.
Azərbaycan indi sadəcə beynəlxalq təşkilatlara üzv olan dövlət deyil. Ölkəmiz beynəlxalq qurumların söz sahibi olan üzvüdür. Ərazisi işğal və terrora məruz qalmış dövlət kimi ölkəmiz hər zaman beynəlxalq tribunalarda ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Azərbaycanın məruz qaldığı işğal faktorunun bütün dünyada yandırılması və ərazi bütövlüyümüzün bərpa olunması üçün düşünülmüş xarici siyasət həyata keçirilir.

Azərbaycan-NATO əlaqələri uğurla inkişaf edir. Uzun illərdir ki, Azərbaycan qoşunları NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasına dəstək verir və əməliyyatlarda fəal iştirak edir. Bundan başqa ölkəmiz dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında vasitəçi kimi çıxış edib. Prezident İlham Əliyevin düşünülmüş, uğurlu daxili və xarici siyasəti, artan nüfuzu ermənipərəst, azarbaycanafobiya qüvvələri narahat etməyə bilməz.

Azərbaycan hər zaman Avropa Şurasının ikili standartlarının şahidi olub. Ermənistanın işğal olunmuş ərazilərimizdə keçirilən qondarma “seçkiləri” ilə bağlı AŞ hələ də susur və heç bir mövqe nümayiş etdirmir.

Azərbaycana qarşı ədalətsiz və düşmən mövqedə dayanan təşkilatların mövqeyinə baxmayaraq, dövlət başçısı tərəfindən uğurlu daxili və xarici siyasət, dost və tərəfdaş ölkələrə yardımların edilməsi davam edir. Koronovirus pandemiyası yayıldıqdan sonra dövlətin əsas məqsədi vətəndaşların həyatını və sağlamlığı qorumaq üçün tədbirlərin görülməsi oldu. Qəbul edilən hər bir qərar, tələb və tövsiyyələr vətəndaşların təhlükəsizliyin təmin edilməsinə hesablanıb.

Bundan başqa Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə 20-ə yaxın ölkəyə yardım göndərib, üç beynəlxalq təşkilata maliyyə ayırıb. Bu ölkəmizin humanist və sülhpərvər mövqeyini bir daha nümayiş etdirir və ölkəmizin nüfuzundan xəbər verir.