Azərbaycandakı “Formula 1” yarışı ləğv olundu

28

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ləğv olunub.

Sosialmedia.az xəbər verir ki, bu barədə “F1News” nəşri məlumat yayıb. Bildirilib ki, bununla bağlı qərar yaxın günlərdə rəsmən açıqlanacaq.

Azərbaycanla yanaşı, Sinqapurdakı şəhər trası mərhələsi və Yaponiya Qran-prisi də ləğv ediləcək. Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-priləri ilə keçiriləcək.

Qeyd edək ki, Bakıdakı yarış 5-7 iyunda keçirilməli idi.