Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilir

127

Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv edilir.

SosialMedia.azın yerli bürosunun xəbərinə görə, bu barədə Bolnisi meriyası məlumat yayıb.

Bildirilib ki, kənd ərazisində sonuncu yoluxma halı mayın 16-da qeydə alınıb.

Qeyd olunub ki, karantin rejiminin ləğv edilməsi istiqamətində hazırlıq işləri aparılır.

Xatırladaq ki, Bolnisi rayonunda yeni növ koronavirusa indiyədək 186 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 114 nəfər sağalıb, 4 nəfər isə vəfat edib.