Təyyarə sərnişinləri üçün SMS icazəyə ehtiyac yoxdur

215

Təyyarə sərnişinləri üçün SMS icazəyə ehtiyac yoxdur.

Sosialmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, bu şəxslərin hava limanında biletlərinə vurulan möhür onların evə qayıtması üçün sübutdur:

“SMS icazələrlə problem yaranan zaman vətəndaşlar 9103 nömrəsinə müraciət edə bilərlər”.