Bərdədə bərbər iş yerində qayçı ilə öldürülüb

149

Bərdədə saç ustası qətlə yetirilib.

SosialMedia.az- ın yerli bürosunun xəbərinə görə, hadisə Bərdə şəhərində qeydə alınıb. Şəhər ərazisində fəaliyyət göstərən kişi salonunda işləyən Məmmədov Ceyhun Hüsü oğlu iş yerində öldürülüb. İlkin məlumata görə, onu yanında təcrübəçi kimi çalışan şəxs qayçı ilə qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.