İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun XİN başçılarının iclası keçiriləcək

169

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun Xarici İşlər nazirlərinin təcili iclası keçiriləcək.

Bu barədə SosialMedia.azın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, Pakistanın tələbi ilə çağırılan iclas videokonfrans formatında keçiriləcək.

Qeyd olunub ki, iclasda Kəşmirdəki insan hüquq və azadlıqları mövzusundakı problemlər müzakirə ediləcək.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da iclasa qatılacaq.