Həyata keçirilən tədbirləri dəstəkləyirik – QHT sədri

340
1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev öz nitqində qeyd etmişdir ki, buğunku pandemiya dövründə Azərbaycan dövləti üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirmişdir. Dövlətimizin  daxili siyasətinin əsası  hər zaman öz vətəndaşının yanında olması istiqamətində yönəldilmişdir. Karantin rejiminin sərtləşdirilməsinin səbəbləri və əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır.
Maska taxmaq , məsafə saxlamaq  və dezinfeksiya  işləri aparmaq  –  insanların sağlamlığını  qoruyur. Dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətlərdən qorudu.
 Bəzi vətəndaşlarımızın məsuliyyətsizliyinə  qarşı güclü ictimai qınaq və ciddi dövlət nəzarəti olmalıdır. Dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Əgər ölkə  Prezidenti maska taxırsa  niyə başqaları bunu etməməlidir ? Hamılıqla həyata keçirilən tədbirləri dəstəkləyərək özümüzün və ətrafımızda olanların sağlamlığının qorunmasında yaxından iştirak etməliyik.
Ruhiyyə Məmmədova
Ahıllara və Tənhalara Dəstək İB-nin sədri