Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb

50

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.

SosialMedia.azın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, şəhər sakini 1959-cu il təvəllüdlü Əhmədov Əşrəf Həşim oğlu yaşadığı mənzildə iş görərkən qəfildən yıxılıb və başı divara dəyib. 61 yaşlı kişi xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.