Ağstafa Regional Mədəniyyət İdarəsi ” Silahlı Qüvvələrin” yaranmasının 102 illiyinə həsr olunmuş videokonfrans təşkil etdi

259

Ağstafa Regional Mədəniyyət İdarəsi 26 İyun “Silahlı Qüvvələrin” yaranmasının 102 illiyinə həsr olunmuş videokonfrans təşkil edib. Bu barədə SosialMedia.az-a Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Xəyal Nikbin məlumat verib.

O,bildirib ki, virtual zəmində 100 nəfərin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan idarə rəisi Vüqar Qədirov ilk öncə Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün hərbçiləri təbrik etdi, ölkəmizdə ordu quruculuğu tarixinə nəzər salaraq bu il yaradılmasının 102-ci ildönümünü qeyd edən silahlı qüvvələrimizin Azərbaycan tarixində özünəməxsus yeri olduğunu vurğuladı.

Natiq qeyd etdi ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ali Baş Komandanımız cənab İlham Əliyev Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Məhz bunun nəticəsidir ki, bu gün ordumuz regionun ən qüdrətli ordusuna çevrilib.

Tədbirdə həmçinin çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova və başqaları güclü, sarsılmaz və yüksək mənəvi-psixoloji hazırlığa malik ordumuzun torpaqlarımızı işğaldan azad etməyə qadir olduğuna və ölkəmizin ərazi bütövlüyünü tezliklə bərpa edəcəyinə əminliklərini ifadə etdilər.