Heç kim heç nədən sığortalanmayıb- QHT sədri yazır…

266

SosialMedia.az xəbər verir ki, müstəqiı jurnalist,”Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı pandemiya dövründə təşkilat olaraq gördüyü işlər barədə hesabatını təqdim edib.Hesabatı olduğu kimi təqdim edirik.

Bəli, heç kim heç nədən sığortalanmayıb.
Dövlətlər də belədir, iqtisadi çətinliklər, təbii fəlakətlər baş verər, xəstəliklər tüğyan edər…

İllərlə baş verən hadisələr olmamış kimi COVİD-19 dünyanın hər yerində böyük təlaş yaratdı. İnsanlarda ilk günlərdə qorxu, təlaş olmadı.Lakin xəstə sayının artması ilə dünya yeni dönəmə girdi.

İlk gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqı və bütün dövlət qurumlarını səfərbər etdi. Göstərişlərini verdi. Amma bəzi hallarda hər kəsin üzərinə düşən məsuliyyəti dərk edərək fəaliyyətinin bu istiqamətdə dəyişdiyinin şahidi olmadıq. Buna baxmayaraq insanlar daha çox yardımlaşdılar.

Hamı imkanı daxilində dəstək oldu. Bu bir daha xalqımızın insanpərvərliyindən xəbər verir. Bu gün Əsgər Ailələrinə Dəstək ictimai birliyi də üzərinə düşən missiyanı yerinə yetirir. Cəmiyyətə kiçik bir hesabat vermək istəyirik. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Real TV-nin birgə layihəsində iştirak etdik. Operativ Qərargaha təkliflər göndərdik.

Əsgər Ailələrinə Dəstək ictimai birliyi Pandemiya başlayandan əlilliyi olan insanlardan çox həssas və imkansız ailəyə dəstək oldu. İctimai nəzarəti həyata keçirdik: benzinin bahalaşması ilə bağlı panikaya görə gecə saatlarında bir neçə benzin doldurma məntəqəsində canlı yayım etdik, yalan məlumatı ifşa etdik.

Psixoloqları , həkimləri , QHT rəhbərlərini dəvət etdik , informasiya dəstəkçimiz olan Yeni Zaman TV vasitəsi ilə canlı yayımda olduq, təbbliğat işi apardıq. Birinci və ikinci sərt karantin zamanı monitorinq keçirərək çörək məsələsinində yaranan ajiotaja görə Bakıxanov çörək zavodundan xahiş etdik ki, insanları çörəklə təmin eilsinlər. Ötən həftə Koroğlu metrosu ərazisində yerləşən Bravo hipermarketdə ictimai nəzarəti həyata keçirdik.İnsanların 90% – i maskasız və uşaqla gəlmişdilər.Hipermarketin rəhbərliyinə iradımızı bildirdik. Onlar əvəzində çəkilişimizi silməyi tələb etdilər.

Dedilər ki, irad bildirərək müştərilərimizi itirə bilmərik. Belə müəssisələrə qarşı cərimələr tətbiq olunması daha doğru olardı.

Məsələni ictimai qınaq kimi tv vasitəsi ilə ictimailəşdirdik. Layihə çərçivəsində Bərdə rayonunda həsas və aztəminatlı ailələrə dəstək olacağıq. Layihəyə töhfə olaraq Yeni Zaman TV vasitəsi ilə psixoloqları, həkimləri, digər ixtisas sahiblərini təbliğat işinə cəlb edəcəyik.İctimai nəzarəti həyata keçirəcəyik.