“AZERGOLD” ikinci irihəcmli ixrac əməliyyatını reallaşdırıb

20

Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” QSC Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində, bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir. Mövcud şəraitdə Səhmdar Cəmiyyət alternativ daşınma yolu ilə ikinci irihəcmli ixrac əməliyyatını reallaşdırıb.

QSC-dən  SosialMedia.az – averilən məlumata görə, qiymətli metalların kəskin qiymət artımı fonunda, Çovdar filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb.

Cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703,97 unsiya qızıl və 15 273,95 unsiya gümüş realizə edilib.