Cərimələrin qaldırılması ilə bərabər məntiqli maarifləndirmə işinin genişlənməsi zəruridir

244

SosialMedia.az///Cərimələrin qaldırılması ilə bərabər məntiqli maarifləndirmə işinin genişlənməsi zəruridir

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cərimələrin qaldırılması gözlənilən idi. Çünki bəzi insanlar mövcud şəraiti, bu fəlakətin acı nəticələrini düzgün dəyərləndirib tətbiq olunan qaydalar şəraitində yaşamaq istəmirlər. Belə olan təqdirdə cərimələrin yüksəldilməsi çıxış yollarından biridir.

Digər tərəfdən maarifçilik işində daha innovativ və məntiqli məqamlar üzərində düşünmək lazımdır. Pandemiya ilə bağlı insanların düşüncəsinə birbaşa təsir edəcək çox qısa, lakonik, məntiqli sosial reklam çarxlarına mən rast gəlmirəm. Bəlkə də var. Belə video çarxların zamanı son dərəcə qısa, məna yükü dərin, strateji hədəfləri böyük olmalıdır.

Ümumiyyətlə, insanların qayda-qanunlarla yaşamaq vərdişləriinin dərinləşməsi əsas hədəflərdən olmalıdır. Bu işdə, maarifləndirici latihələrdə Vətəndaş Cəmiyyəti İnstitutları xeyli töhfələr verə bilər.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkil etdiyi “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfransda bu məqamlar ətrafında maraqlı mülahizələr oldu.

Şura sədri Azay Quliyevin çıxışını QHT sektoru üçün mövcud şəraitdə yol xəritəsi hesab etmək olar. Düşünürəm ki, QHT-nin potensialını cəmiyyətin inkişafına istiqamətləndirmək çətin olmayacaq.

Əkrəm Bəydəmirli