Tramp Putindən buna görə qorxur

149

ABŞ Prezidenti Donald Trampın Rusiyanın qanunsuzluqlarına göz yumması onu deməyə əsas verir ki, qarşı tərəfdə amerikan lideri barədə kompromatlar var.

Sosialmedia.az xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.

“Mən Rusiyada Trampla bağlı siyasi, şəxsi və digər planda nələrin olduğunu bilmirəm. Lakin o, (Tramp) Rusiyanın addımlarını gözardı etmək istəyir”, – Pelosi bildirib.

Spiker Trampın Rusiyanın Talibanla əlaqəsi barədə jurnalistlərin suallarına cavab verməməsini “eybəcərlik” adlandırıb.

Pelosi, həmçinin Trampın Rusiyaya və Rusiya liderinə “hədiyyə” olduğunu da əlavə edib.

Qeyd edək ki, “Nyu York Tayms” Rusiyanın Əfqanıstanda antiterror koalisiyası, o cümlədən ABŞ hərbçilərinin məhvinə görə mükafat təklif etdiyini iddia etmişdi.

İddiaları cavablandıran Tramp bu məlumatın saxta olduğunu bildirmişdi.