NATO-dan Rusiyaya Əfqanıstan xəbərdarlığı

169

Rusiya Əfqanıstanda daha konstruktiv siyasət yürütməlidir.

Sosialmedia.az xəbər verir ki, bu sözləri NATO Baş katibinin müavini Mirça Coane deyib.

“Biz Rusiya kimi dövlətləri Əfqanıstanda daha konstruktiv siyasət aparmağa çağırırıq. Stabil Əfqanıstan yalnız ABŞ və NATO-nun maraqlarına cavab vermir”, – deyə Coane bildirib.

O, Rusiya kəşfiyyatının Talibana amerikan hərbçilərinə hücum üçün pul təklif etməsi barədə yayılan iddiaları isə şərh etməyib.