Bakıda marketdən oğurluq olub

37

Bakıda marketdən oğurluq olub.

Sosialmedia.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Al market”də baş verib. Naməlum şəxs marketin satıcısının fikrini yayındıraraq oradan 338 manat dəyərində tütün məmulatları oğurlayıb.

Binəqədi rayonu Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.

Araşdırma aparılır.