Netanyahu təsdiqlədi: İlhaq bu gün baş tutmayacaq

116

İordan çayının qərb sahilindəki bəzi bölgələrin 1 iyuldan etibarən ilhaq edilməsi planı ertələnəcək.

Sosialmedia.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Avi Berkovits ilə görüşündən sonra deyib.

Bildirilib ki, görüş zamanı Netanyahu ilhaq planı ilə bağlı müzakirə aparmaq istəsə də, ABŞ tərəfi bu məsələdə tələskən davranılmamasını istəyib.

Qeyd edək ki, sözügedən planda İordan çayının qərb sahilində yaşayış məskənləri və İordan vadisinin ilhaqı nəzərdə tutulur.

AB artıq bu plana qarşı olduğunu elan edib