Qardaşı narkotiklə tutulan başçı müavini vəzifədən azad edilib?

43

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin vəzifədən azad edilməsi barədə yayılan məlumatlar əsassızdır.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında Ağstafa Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Leyla İsayeva deyib.

O bildirib ki, Aydın Hacıyev hazırda vəzifə başındadır.

Qeyd edək ki, ötən həftə Ağstafa İH-nin müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Ötən gün isə Aydın Hacıyevin vəzifədən azad edilməsi barədə məlumat yayılıb.