QHT Şuranın dəstəyi ilə aztəminatlı ailələrə yardımlar göstərəcək

212

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin yardımı ilə “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyi “Pandemiya dövründə əhalinin həssas və aztəminatlı qrupları ilə işin təşkili” layihəsini icra edəcək.

SosialMedia.az xəbər verir ki, bu barədə layihə rəhbəri Şəbnəm Rəfailqızı məlumat verib. O,qeyd edir ki, Bu gün COVİD-19 -un cərəyan etməsinə baxmayaraq insanlar bir-biri ilə yardımlaşır. Çətin vəziyyətdən elbirliyi ilə çıxmağa qərarlıdılar. Cənab Prezidentin ilk günlərdən xalqa müraciətinin nəticəsində hər kəs xüsusi ilə aztəminatlı ailələrə yardımda səfərbər oldu. Cəmiyyətin bütün diqqəti həssas qruplara və ailələrinə yönəldi.

Layihə 2ay Bakı və Sumqayıt şəhərlərində həyata keçirilək.Layihə vasitəsilə əhalinin həssas və aztəminatlı qrupları 65 ailəyə ərzaq yardımları göstəriləcək.