Şuranın dəstəyi ilə COVID-19 pandemiyasına birlikdə qalib gələk layihəsinin icrasına başlanıldı

241

Vətəndaş cəmiyyətinin koronavirus pandemiyası dövründə əsas missiyası əhalinin maarifləndirilməsi,ictimai nəzarət və monitorinq tədbirlərinin,sosial dəstək təşəbbüslərinin həyata keçirilməsidir.

“Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.07.2020-ci il tarixindən “Sumqayıt şəhərində COVİD-19 pandemiyası ilə bağlı əhali arasında maarifləndirmə işnin təşkili”layihəsinin icrasına başlayır.

Bu barədə SosialMedia.az-a layihə rəhbəri Mətanət Zeynalova məlumat verib.Onun sözlərinə görə, layihə çərçivəsində COVİD-19 virusundan necə qorunmaq və gigiyena qaydalarına aid bukletlər hazırlanacaq.Bukletlər və tibbi maskalar könüllü tələbələr vasitəsi ilə Sumqayıt şəhər əhalisi arasında paylanılacaq. Təşkilat bu layihə ilə əhalinin təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.