Şuranın dəstəyi ilə psixoloji,hüquqi,sosial,pedoqoji xidmətlər təşkil olunacaq

240

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin maliyyə dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərinin Həllinə Yardım” İctimai Birliyi 01.07.2020 tarixdən “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinin qurbanı olmuş, ehtimal olunan qurbanların sosial reablitasiyalarına dair tədbirlərin təşkili” layihəsinin icrasına başlamışdır.

Bu barədə SosialMedia.az-a layihə rəhbəri Zenfira Mustafayeva məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi insan alverinin qurbanı olmuş, insan alverindən zərər çəkməsi ehtimal edilən şəxslərin sosial reablitasiyası üçün xidmətlərin təşkili, bu mövzuda maarifləndirmə kampaniyalarının aparılmasıdır.

Layihə üçün ayrılan maliyyə və təşkilatın daxili resursları sayəsində bu xidmətlər üçün həmçinin əhalinin hər bir üzvü müraciət edə bilər.

Layihə çərçivəsində vətəndaşlar üçün psixoloji,hüquqi,sosial,pedoqoji və digər xidmətlər təşkil olunacaq. Xidmətlər telefon,internet proqramları (whatsapp,skype, mesenger) vasitəsi ilə, həmçinin ehtiyac olduqda Təşkilatın ofisində göstəriləcək. Layihə çərçivəsində insan alveri ilə mübarizə mövzusunda TV verlişlər hazırlanıb Dünya TV telekanalında canlı olaraq yayımlanacaq. Layihənin icrası Sumqayıt şəhərini və ona yaxın 12 şəhər və rayonu əhatə etməklə 4 ay davam edəcək.

Layihə çərçivəsində təşkil olunacaq tədbirlər barədə KİV-də öncədən elanlar verləcək.
Müraciət edən şəxslərdən öncədən telefon vasitəsi ilə əlaqə yaratmaları, həmçinin ofis şəraitində xidmətdən istifadə edəcək şəxslərin ofisə gələrkən öncədən icazə mesajı almaları,qorunma vasitələrdən (maska,əlcək və s.) istifadə etmələri xahiş olunur.

Müraciət üçün əlaqə vasitələri;
Qaynar xətt- (018) 6424827
Layihə rəhbəri -Zenfira Mustafayeva (050) 680 22 22 (Whatsapp mövcuddur)
Psixoloq – Sevda Əkrəmqızı (050) 334 55 54 (Whatsapp mövcuddur)
Hüquqşunas- Ruslan Mustafazadə (050) 300 87 88 (Whatsapp mövcuddur)
Sosial işçi – Gülgəz Abasquliyeva (50) 417 20 01 (Whatsapp mövcuddur)