Ukraynalı turistlər tətil üçün Türkiyəyə gəldi

404

Türkiyə ilə Ukrayna arasında koronavirusa qarşı görülən tədbirlər çərçivəsində fasilə verilən uçuşların başlaması ilə 189 turisti daşıyan təyyarə Antalya hava limanına eniş edib.

Sosialmedia.az bildirir ki, Bu barədə “Hürriyet” məlumat yayıb.

Ukraynanın Xarkov şəhərindən havaya qalxan “SkyUp” aviaşirkətinə məxsus təyyarə yerli vaxtla 02:10-da mənzil başına çatıb.

Təyyarədən enərkən “Türkiyə üçün çox darıxmışdıq. Salam, Türkiyə!” deyən turistlər teplovizor kameralarından keçib.