“ Pandemiya dövründə miqrantlara dəstək” layihəsinə start verildi

161

Azərbaycan Respublikasinin Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin yardımı ilə “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyi COVİD- 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə “ Pandemiya dövründə miqrantlara dəstək” adlı layihə icra edir.

Bu barədə Sosialmedia.az-a layihə rəhbəri Fəridə Hicran məlumat verib. Onun sözlərinə görə, məqsəd Qarabağ bölgəsindən köçkün düşmüş və bütün əmlakını itirərək müxdəlif ərazilərdə məskunlaşan pandemiya dövründə isə maddi çətinliklərə daha çox məruz qalan, aztəminatlı Qarabağ əhalisinə lazımi yardımların təşkilidir. Xatırladaq ki, layihə beş ay müddətinə Ağdam rayonunun Quzanlı qəsəbəsində , Bərdə və Ağcabədi rayonları ətrafında yerləşən qaçqın və s.ərazilərdə həyata keçiriləcək. Səfərlərin təşkil edilməsi layihədə həyata keçirilən əsas tədbirlərdən biridir. Layihə çərçivəsində 100 ailəyə yardım ediləcək. “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyi artıq layihənin icrası üçün hazırlıq işlərini tamamlayıb. Layihəni icra edənlərlə Əmək və Xidməti Müqavilələr bağlanıb. Ərzaq yardımı veriləcək ailələr müəyyənləşdirilib. Siyahılar dəqiqləşdirilib. Media ilə əlaqələr yaradılıb.