Ruslar və ukraynalılar belaruslara həsəd aparır

143

Ruslar və ukraynalılar belaruslara həsəd aparır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Respublika Gününə həsr olunan toplantıda deyib.

Tezliklə ölkədə prezident seçkilərinin keçiriləcəyini xatırladan Lukaşenko ömrünün ən yaxşı illərini öz ölkəsinə verdiyini vurğulayıb:

“Necə mümkün idisə, nəyi bacardıqsa, o cür də qurduq. Göründüyü kimi, başqalarından pis deyilik. Əsas odur ki, biz müharibədən yayına bildik”.

Lukaşenkonun sözlərinə görə, belaruslar sutkanın istənilən vaxtında heç nədən ehtiyat etmədən küçəyə çıxa bilərlər:

“Bizə başqa ölkə vətəndaşları həsəd aparır – o cümlədən qardaşlarımız ruslar və ukraynalılar”.

Lukaşenko qeyd edib ki, yaşlı və orta nəsil ölkədəki vəziyyəti düzgün qiymətləndirə bilir.

Qeyd edək ki, Belarusda prezident seçkiləri 9 avqustda baş tutacaq. Lukaşenko bundan öncə 5 dönəm prezident olub.