Bakının çıxışlarında sərt karantin rejiminin ilk gecəsi

140

Sərt karantin rejiminin tətbiqinə saatlar qaldığı bir vaxtda, paytaxtın çıxış yolları yenə uzun avtomobil karvanına bürünüb. Kimi avtomobilinin pəncərələrini açıb özünü sərinlədir, kimisi də tələskənlik edərək qəza törədir.

Sosialmedia.az bildirir ki, Bu mənzərə izləyən hər kəsə tanışdır. Hər dəfə karantin rejiminin tətbiq olunduğu ilk gecədən etibarən belə görüntülər ortaya çıxır. Əksər insanlar qadağa xəbərini eşidər-eşitməz üz tutur Quba, Qusar və digər rayonlara.

Bunun nəticəsidir ki, artıq mövcud epdemiyanın yayıldığı rayon və şəhərlərin sayı da artıb. Buna görə də Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə qaydalar daha da sərtləşdirilib.