Hacıqabulda 62 yaşlı qadın daşla döyülüb

178

Hacıqabul sakini evində daşla döyülüb.

SosialMedia.azın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qarasu kəndində qeydə alınıb. Naməlum şəxs Qarasu kənd sakini, 1958-ci il təvəllüdlü Şıxəliyeva Gülüstan Həbulla qızının yaşadığı evə daxil olaraq onu daşla amansızcasına döyüb. Yaşlı qadın çoxsaylı ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Qadına hücum edən şəxs Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.