Mutasiya koronavirusun yoluxuculuq qabiliyyətini artırır?

171

SARS-CoV-2 koronavirusunun yayılma dərəcəsi bir çox amildən asılıdır, lakin burada mutasiyalar əsas rol oynayır.

Sosialmedia.az bildirir ki, Bu barədə RG nəşri ABŞ-ın baş infeksionisti Entoni Fauçinin açıqlamasına istinadla xəbər yayıb.

Mütəxəssis qeyd edib ki, sözügedən məsələ ilə bağlı mübahisələr aparılır:

“Amma inanıram ki, mutasiya virusun çoxalmasını sürətləndirir və insan orqanizmində konsentrasiyasını artırır. Ancaq mutasiyaya uğramış virusun yoluxub sağalmışlar üçün təhlükəli olması elmi olaraq sübut edilməyib”.